Məmur Şəkidə “ciyər axşamı”nda bələdiyyə sədrinin başına butulka çırpdı – Təfərrüat

XƏBƏR XƏTTİ
Cəlilabadda ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirildi – FOTOLAR•Məmur Şəkidə “ciyər axşamı”nda bələdiyyə sədrinin başına butulka çırpdı – Təfərrüat•Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb – FOTO•“44” filminin kinoteatr nümayişində rekord izləyici•Tələbə krediti alan gənclər ən çox bu ixtisasları SEÇİB•Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR•Noyabrın ilk gününün havası açıqladı•Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı – Bunları etiraf etdi•Cəlilabadda ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirildi – FOTOLAR•Məmur Şəkidə “ciyər axşamı”nda bələdiyyə sədrinin başına butulka çırpdı – Təfərrüat•Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb – FOTO•“44” filminin kinoteatr nümayişində rekord izləyici•Tələbə krediti alan gənclər ən çox bu ixtisasları SEÇİB•Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR•Noyabrın ilk gününün havası açıqladı•Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı – Bunları etiraf etdi•

Şəki rayonu Oxud kənd bələdiyyəsinin sədrinə xəsarət yetirilib.

Mecra.az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə oktyabrın 30-da axşam saatlarında baş verib.

Kənddə toydan əvvəlki axşam məclisində (“ciyər axşamı”nda) Şəki Rayon İcra Hakimiyyəti Başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov kəndin bələdiyyə sədri Tərlan Səlimovla mübahisə edib. Mübahisə zamanı icra nümayəndəsi bələdiyyə sədrinin başına şüşə butulka vurub.

Həmin vaxt icra nümayəndəsinin içkili olduğu bildirilir.

Məlumata görə, sərxoş olan icra nümayəndəsi uca səslə atmacalı sözlər deyib. Bələdiyyə sədri isə icra nümayəndəsinin hərəkətlərinə irad bildirib.

Bundan qəzəblənən Oruc Əhmədov stolun üstündəki şüşə butulkanı Tərlan Səlimovun başına çırpıb. Xəsarət alan bələdiyyə sədri xəstəxanaya müraciət edib və onun başına tikiş qoyulub.

Oruc Əhmədovun qaynının Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri işlədiyi bildirilir.

Faktla bağlı rayon hüquq-mühafizə orqanlarında araşdırma başlanıb.

Məmur Şəkidə ciyər axşamında bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt