Direktor bağçada uşağa şiddət göstərdi – Cinayət işi açıldı-Video

XƏBƏR XƏTTİ
Cəlilabadda ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirildi – FOTOLAR•Məmur Şəkidə “ciyər axşamı”nda bələdiyyə sədrinin başına butulka çırpdı – Təfərrüat•Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb – FOTO•“44” filminin kinoteatr nümayişində rekord izləyici•Tələbə krediti alan gənclər ən çox bu ixtisasları SEÇİB•Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR•Noyabrın ilk gününün havası açıqladı•Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı – Bunları etiraf etdi•Cəlilabadda ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirildi – FOTOLAR•Məmur Şəkidə “ciyər axşamı”nda bələdiyyə sədrinin başına butulka çırpdı – Təfərrüat•Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb – FOTO•“44” filminin kinoteatr nümayişində rekord izləyici•Tələbə krediti alan gənclər ən çox bu ixtisasları SEÇİB•Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR•Noyabrın ilk gününün havası açıqladı•Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı – Bunları etiraf etdi•

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən “EOS uşaq inkişaf mərkəzi”ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb.

Mecra.az xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanıb.

“Xəzər TV”də yayımlanan və bu gün sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarından birində azyaşlı uşağın müəssisə direktoru tərəfindən fiziki zorakılığa məruz qalması əks olunub. Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət edilib.

Dövlət Komitəsinə verilən məlumata əsasən, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. Hazırda hadisənin bütün hallarının araşdırılması və faktın hüquqi qiymətləndirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir.

Uşaqlara qarşı hər hansı formada zorakılığı qətiyyətlə pisləyirik. Hər bir uşağın təhlükəsiz mühitdə böyümək, hüquqlarının və mənafelərinin qorunması hüququ var”, – qurum rəsmisi bildirib.

Qeyd edək ki, sözügedən iddialarla bağlı ötən gün mediada videogörüntülər də yayılıb. Valideynlər övladlarının bağçada ciddi psixoloji sarsıntı keçirdiyini və müəssisə rəhbərliyi tərəfindən döyüldüyünü iddia edirlər. Şikayətçilərin sözlərinə görə, hər uşaq üçün aylıq 200 manat ödəniş edilməsinə baxmayaraq, mərkəzdə övladlarına lazımi qayğı göstərilməyib. Həmçinin direktor barəsində əvvəllər də analoji şikayətlərin olduğu vurğulanıb.

Ətraflı videomaterialda:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt