Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı

XƏBƏR XƏTTİ
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi•Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı•Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq•Vilayət Eyvazov rəislərin qarşısında konkret tələblər qoydu•Ankarada görüş keçirdilər – FOTOLAR•Bakıda supermarketdə 100 minlik fırıldaq – Müdir çipsilərə görə həbs edildi•Kəlbəcərdə ağır qəza – Keçmiş zabit öldü•Mətbuat Şurasından jurnalistlərə qarşı fiziki təzyiqə etiraz•Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi•Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı•Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq•Vilayət Eyvazov rəislərin qarşısında konkret tələblər qoydu•Ankarada görüş keçirdilər – FOTOLAR•Bakıda supermarketdə 100 minlik fırıldaq – Müdir çipsilərə görə həbs edildi•Kəlbəcərdə ağır qəza – Keçmiş zabit öldü•Mətbuat Şurasından jurnalistlərə qarşı fiziki təzyiqə etiraz•

Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb.

Mecra.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub.

Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində polis tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, 225 saylı orta məktəbdə jurnalistlərə hücum dünən məktəbin 7-ci sinif şagirdinin dərs zamanı pəncərədən yıxılması ilə bağlı əraziyə gələn televiziya çəkiliş qruplarının iştirakı ilə baş verib.

Belə ki, məktəbin həyətində jurnalistlərlə bir qrup şəxs arasında qarşıdurma yaranıb. İnsident zamanı “Real TV”nin operatoru və stajoru döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt