Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

XƏBƏR XƏTTİ
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi•Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı•Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq•Vilayət Eyvazov rəislərin qarşısında konkret tələblər qoydu•Ankarada görüş keçirdilər – FOTOLAR•Bakıda supermarketdə 100 minlik fırıldaq – Müdir çipsilərə görə həbs edildi•Kəlbəcərdə ağır qəza – Keçmiş zabit öldü•Mətbuat Şurasından jurnalistlərə qarşı fiziki təzyiqə etiraz•Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi•Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı•Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq•Vilayət Eyvazov rəislərin qarşısında konkret tələblər qoydu•Ankarada görüş keçirdilər – FOTOLAR•Bakıda supermarketdə 100 minlik fırıldaq – Müdir çipsilərə görə həbs edildi•Kəlbəcərdə ağır qəza – Keçmiş zabit öldü•Mətbuat Şurasından jurnalistlərə qarşı fiziki təzyiqə etiraz•

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək.

Mecra.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək.

Oktyabrın 30-da Prezident İlham Əliyev Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq.

Qeyd edək ki, oktyabrın 30-da Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının final oyunu və rəsmi bağlanış mərasimi keçiriləcək. Dövlət başçısının mükafatlandırma mərasimində iştirakı əvvəlcədən planlaşdırılıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Eyni zamanda, Zirvə görüşü çərçivəsində keçiriləcək digər müvafiq tədbirlərdə də Azərbaycan nümayəndələri fəal iştirak edəcəklər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt