İlham Əliyev Ərdoğanı təbrik etdi

XƏBƏR XƏTTİ
Barışıq üçün getdiyi evdə qətl törətdi – Şəmkirdəki qanlı cinayətin təfərrüatı•Sabah hava necə olacaq?•Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub – Taleh Kazımov açıqladı•Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş – FOTO•Məktəbdəki insidentlə bağlı açıqlama•Rəsmi Bakıdan Türkiyəyə təbrik•İlham Əliyev Ərdoğanı təbrik etdi•Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu – VİDEO•Barışıq üçün getdiyi evdə qətl törətdi – Şəmkirdəki qanlı cinayətin təfərrüatı•Sabah hava necə olacaq?•Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub – Taleh Kazımov açıqladı•Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş – FOTO•Məktəbdəki insidentlə bağlı açıqlama•Rəsmi Bakıdan Türkiyəyə təbrik•İlham Əliyev Ərdoğanı təbrik etdi•Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu – VİDEO•

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Mecra.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasının milli bayramı – 29 Oktyabr – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından çıxmış əsl dostluq və qardaşlıq telləri bağlayır. 2021-ci ildə Sizinlə birgə imzaladığımız Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətlər ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə çataraq keyfiyyətcə yeni məzmun və mahiyyət kəsb etmişdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt