Tərtərdə 2 nəfər minaya düşdü – Yeniləndi

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Baş Prokurorluq Tərtərdə iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.

Baş prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumatda bildirilib ki, oktyabrın 1-də Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla rayonun Qızıl oba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt