4 aeroport bağlandı, sərnişinlər sığınacaqlara təxliyə olundu – Moskvada PUA həyəcanı

XƏBƏR XƏTTİ
İki qadın kartof yüklərinin altında qaldı – Ölən var•4 aeroport bağlandı, sərnişinlər sığınacaqlara təxliyə olundu – Moskvada PUA həyəcanı•Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər – Melaniya Trampın iştirakı ilə•Tarixi şəxsiyyətlərimiz – Elşad Əmənov Meyxoş Abdullah haqqında yazır…•Salyanda ağır qəza – Ölən var•Daha iki gün yağış yağacaq – Xəbərdarlıq•Cəlilabadda ovçuluq təsərrüfatı yanır – VİDEO – Yenilənib•24 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•İki qadın kartof yüklərinin altında qaldı – Ölən var•4 aeroport bağlandı, sərnişinlər sığınacaqlara təxliyə olundu – Moskvada PUA həyəcanı•Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər – Melaniya Trampın iştirakı ilə•Tarixi şəxsiyyətlərimiz – Elşad Əmənov Meyxoş Abdullah haqqında yazır…•Salyanda ağır qəza – Ölən var•Daha iki gün yağış yağacaq – Xəbərdarlıq•Cəlilabadda ovçuluq təsərrüfatı yanır – VİDEO – Yenilənib•24 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•

Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum təhlükəsi səbəbindən “Şeremetyevo”, “Vnukovo”, “Domodedovo” və “Jukovskiy” hava limanlarında təyyarələrin eniş və uçuşları müvəqqəti olaraq dayandırılıb.

Mecra.az xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədilə Moskva aeroportlarında məhdudiyyətlərin tətbiq edildiyini açıqlayıb.

Hava həyəcanı siqnalının verildiyi “Şeremetyevo” Hava Limanında sərnişinlər dərhal ən yaxın təhlükəsiz zonalara və sığınacaqlara yönləndirilib. Hava limanı rəhbərliyi terminalların steril zonalarına girişlərin də müvəqqəti məhdudlaşdırıldığını bildirərək, vətəndaşlardan pəncərələrdən uzaq durmağı və hava limanı heyətinin təlimatlarına əməl etməyi xahiş edib.

Moskva mer Sergey Sobyanin isə Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin paytaxta tərəf hərəkət edən dronları zərərsizləşdirməyə davam etdiyini bildirib.

Merin sözlərinə görə, HHM qüvvələri tərəfindən Moskva istiqamətində irəliləyən 17 ədəd PUA vurularaq təcrid edilib. PUA qalıqlarının düşdüyü ərazilərə fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub. (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt