Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mecra.az xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“BMW” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo).