Tarixi şəxsiyyətlərimiz – Elşad Əmənov Meyxoş Abdullah haqqında yazır…

XƏBƏR XƏTTİ
İki qadın kartof yüklərinin altında qaldı – Ölən var•4 aeroport bağlandı, sərnişinlər sığınacaqlara təxliyə olundu – Moskvada PUA həyəcanı•Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər – Melaniya Trampın iştirakı ilə•Tarixi şəxsiyyətlərimiz – Elşad Əmənov Meyxoş Abdullah haqqında yazır…•Salyanda ağır qəza – Ölən var•Daha iki gün yağış yağacaq – Xəbərdarlıq•Cəlilabadda ovçuluq təsərrüfatı yanır – VİDEO – Yenilənib•24 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•İki qadın kartof yüklərinin altında qaldı – Ölən var•4 aeroport bağlandı, sərnişinlər sığınacaqlara təxliyə olundu – Moskvada PUA həyəcanı•Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər – Melaniya Trampın iştirakı ilə•Tarixi şəxsiyyətlərimiz – Elşad Əmənov Meyxoş Abdullah haqqında yazır…•Salyanda ağır qəza – Ölən var•Daha iki gün yağış yağacaq – Xəbərdarlıq•Cəlilabadda ovçuluq təsərrüfatı yanır – VİDEO – Yenilənib•24 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•

Eyni dövürdə yaşadığın, ictimaiyyətin yaxından tanıdığı şəxsiyyətlər haqqında yazmaq çox çətindir və məsuliyyətlidir. Qeyri-obyektiv olaraq tərif etsən, mübaliğəli ifadələr işlətsən adam özüdə gözdən düşər, haqqında yazdığın şəsiyyət də. Bu məqaləmi sifarişlə yazmamışam. Sadəcə, yazmağı özümə mənəvi borc bildim. Çünki, Meyxoş müəllimin ədəbi yaradıcılığı nəinki Cəlilabad, Azərbaycan hüdudlarından da kənarda tanınır, rəğbətlə qarşılanır, dəyərləndirilir.    Meyxoş müəllimin ədəbi yaradıcılığını onun ədəb-ərkanlı xarakteri, həyat ritmi, ictimai mövqeyi, milli-mənəvi keyfiyyətləri tamamlayır. Bu xüsusiyyətlər söz-sənət sahibi kimi onun cəmiyyət içərisində tarixi şəxsiyyət olduğunu dəyərləndirir və qərarlaşdırır. Sadə, təvazökar, etik davranış qabiliyyəti, həmsöhbətlərini diqqətlə dinləmək mədəniyyəti Meyxoş müəllimin mənəvi kyfiyyətlərini xarakterizə edən xüsusiyyətlərdəndir. Kimliyindən, sosial mənsubiyyətindən asılı olmayaraq fədakar insanlar, bədii ədəbiyyatda söz-sənət sahibi olanlar, öz fərdi keyfiyyətləri ilə seçilən,nümunəvi olan şəxsiyyətlər öz zamanında – yaşadığı dövürdə sonradan göründüyü kimi mənəvi, ədəbi, tarixi dəyərini ala bilmir…

Bunu cəmiyyətin, yaşadığı mühitin günahı kimi görmək düz deyil. Əsas rol zamanın, əsrin, tarixi dövrün üzərindədir. Çünki, zamanın dəyər meyarı müqayisədir, təhlildir. Zaman, şəxsiyyətlər haqqında qərarlaşmış sözün möhürüdür ! Bizim yazılarımızın obyektivliyi zəmanə üçün yazılmış yaddaş qeydləridir. Əslində bu məqalə Meyxoş müəllim simasında Cəlilabad ədəbi-bədii yaradıcılığın 21-ci əsrin birinci rübündə əldə etdiyi nailiyyətlər haqqındadır. Yəni, “Cəlilabad söz sənəti dünya çapında” olan yeri və məqamından bəhs olunur. Bu fikirlərə aydınlıq gətirmək üçün Meyxoş müəllimin ədəbi yaradıcılığına qismən nəzər yetirək!!!

Abdullayev Meyxoş Kamil oğlu (Meyxoş Abdullah),02.02.1962-ci ildə Azərbaycan Respublikası Cəlilabad rayonunun Xəlilabad kəndində anadan olub. Ailəlidir, dörd övladı var. Hal-hazırda Cəlilabad şəhərində yaşayır. Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Prezident mükafatçısı (2018), ixtisasca iqtisadçıdır. Dövrü mətbuatda 1980-ci illərdən çıxış edir. “Doktor Qəzənfər”, “Didərgin ruhlar”, “Alagöz”, “Şeytan gülüşü”,”Anakonda ovu”,”Əsir qadın”,”Qapısı gecə döyülən qadın” və “Saçlarından asılan qız” kitablarının müəllifidir. “Əsir qadın” kitabı rus dilində rus dilində (“Pleniça”) nəşr olunmuşdur (2020). Həm də, “Əsir qadın” əsəri əsasında hazırlanmış tamaşa Qusar Dövlət Dram teatrında səhnələşdirilərək üç dəfə tamaşaya qoyulmuşdur. “Əsir qadın” əsəri yeddi bölümdən ibarət “Səsli roman” kimi internet səhifələrində də yerləşdirilmişdir. “Əsir qadın” romanı ayrı-ayrı illərdə dörd dəfə, cəmi 4500 nüsxə ilə təkrar nəşr edilmişdir. “Əsir qadın” romanı, həm də, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin maliyyə dəstəyi ilə 2020-ci ildə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Brayl İnformasiya Resurs Mərkəzi MMC-də kütləvi nəşrlə çap olunmuşdur.

Meyxoş Abdullahın “Alagöz” əsəri Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun Milli mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi “Yaddaş”mükafatına layiq görülmüşdür (2002). “Alagöz” əsəri əsasında yazılmış eyni adlı ssenari Berlində keçirilən kino festivalına təqdim olunmuş və diploma layiq görülmüşdür. Mədəniyyət Nazirliyinin 2021-ci ilin mart ayında keçirtdiyi ssenari müsabiqəsində “Alagöz”ssenarisi 48 ssenari arasında birinci yeri tutmuşdur.

Meyxoş Abdullahın əsərləri türk, rus, ingilis, italyan, ukraina, ərəb, fars, türkmən, qırğız, özbək, moldav, polşa dillərinə tərcümə olunaraq, geniş oxucu kütləsinə təqdim olunmuşdur. Misirdə, İranda, Türkiyədə, Türkmənistanda, Polşada kitabları nəşr olunmuşdur. Meyxoş Abdullahın “Əsir qadın” romanını rus dilinə tərcümə edən yazıçı-tərcüməçi Təranə Məmməddir. Bu əsər Ləzgi Dövlət Teatrında , rejissor Laləzıər Hüsenovanın quruluşunda iki dəfə tamaşaya qoyulmuşdur.

Meyxoş Abdullahın Misir Ərəb respublikasında “Altıncı mərtəbə” adlı hekayələr kitabı nəşr olunmuşdur. Əsərləri misir xalqının böyük oğlu doktor Əşrəf- Əbül-Yəzid ərəb dilinə tərcümə etmiş və öz maddi vəsaiti hesabına nəşr etdirmişdir. Ədibin İranda yazıçı-jurnalist Səhra Raziyin maddi və mənəvi dəstəyi ilə “Alagöz” hekayələr kitabı və “Dəlixanadan gələn sevgi məktubları” romanı fars dilinə tərcümə olunaraq nəşr olunmuşdur. Türkmənistanda yazıçı-tərcüməçi Orazmurad Muradovun tərcüməsində “Alagöz” hekayələr kitabı, 12 hekayədən ibarət nəşr olunmuşdur. Polşada, Polşa Tatarlar İcmasının rəhbəri, yazıçı Musa Çaxarxan Meyxoş Abdullahın 10-a yaxın hekayəsini tatar dilinə tərcümə edərək dərc etmişdi. Qırğızıstan Respublikasında Musakun Satıbaldiyevin tərcüməsində Meyxoş Abdullahın bir- neçə hekayəsi nüfuzlu qəzet və jurnallarda dərc edilmişdir. İtaliyalı yazıçı-jurnalist Fransa Colozzonun tərcüməsi əsasında Meyxoş Abdullahın “daş karxanası” hekayəsi İtaliyanın nüfuzlu jurnallarından birində dərc edilmişdir.

Meyxoş Abdullahın onlarla hekayəsi “Mir literaturı” qəzetində çap edilmişdir. Meyxoş Abdullahın moldovan dilindən tərcümə etdiyi, Moldoviyalı şair Ludmilla Dubçovskinin “Sülh dünyanı dolaşır” şerinə görə onun adı dünyanın 154 ölkəsinin şair və yazıçıları arasında yer almış və ” Sölh”mükafatına LAYİQ GÖRÜLMÜŞDÜR!!! Bizi dünyaya tanıtdıran söz – sənət sahibi Meyxoş müəllimə yeni-yeni uğurlar arzulayıram !!!!

Elşad Əmənov, tarixçi, araşdırmaçı.

Şəkilin açıqlaması yoxdur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt