Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər – Melaniya Trampın iştirakı ilə

XƏBƏR XƏTTİ
İki qadın kartof yüklərinin altında qaldı – Ölən var•4 aeroport bağlandı, sərnişinlər sığınacaqlara təxliyə olundu – Moskvada PUA həyəcanı•Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər – Melaniya Trampın iştirakı ilə•Tarixi şəxsiyyətlərimiz – Elşad Əmənov Meyxoş Abdullah haqqında yazır…•Salyanda ağır qəza – Ölən var•Daha iki gün yağış yağacaq – Xəbərdarlıq•Cəlilabadda ovçuluq təsərrüfatı yanır – VİDEO – Yenilənib•24 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•İki qadın kartof yüklərinin altında qaldı – Ölən var•4 aeroport bağlandı, sərnişinlər sığınacaqlara təxliyə olundu – Moskvada PUA həyəcanı•Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər – Melaniya Trampın iştirakı ilə•Tarixi şəxsiyyətlərimiz – Elşad Əmənov Meyxoş Abdullah haqqında yazır…•Salyanda ağır qəza – Ölən var•Daha iki gün yağış yağacaq – Xəbərdarlıq•Cəlilabadda ovçuluq təsərrüfatı yanır – VİDEO – Yenilənib•24 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•

Rusiya və Ukrayna Xerson vilayətinin Oleşki şəhərində lokal atəşkəslə bağlı razılığa gəliblər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, oktyabrın 29-da qüvvəyə minəcək atəşkəs haqqında razılıq ABŞ-nin birinci xanımı Melaniya Trampın iştirakı ilə əldə edilib.

Melaniya Trampın Ağ Evin saytında dərc olunan mesajında qeyd olunur ki, Oleşkidə vəziyyət kritikdir: şəhər ön cəbhədə yerləşir, qalan əhali əsasən tibbi yardıma, dərmanlara, ərzağa və təmiz suya ehtiyacı olan yaşlı insanlardan ibarətdir. Onun sözlərinə görə, Rusiyanın və Ukraynanın mülki nümayəndələri Oleşki sakinlərini evlərində ziyarət edəcək və lazımi yardımın həcmini müəyyən edəcəklər. Təxliyə olunmaq istəyənlər seçdikləri təyinat yerinə qədər müşayiət və nəqliyyatla təmin olunacaqlar.

Məlumata görə, ABŞ-dən olan müstəqil media təşkilatı Oleşkidə tərəflərin hərəkətlərini müşayiət edəcək və sənədləşdirəcək.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt