İlham Əliyev İsrail Prezidenti ilə görüşdü – FOTO

XƏBƏR XƏTTİ
Xalq artisti evə buraxılıb – Vəziyyəti ağırdı•İlham Əliyev İsrail Prezidenti ilə görüşdü – FOTO•Prezident və xanımı onlarla görüşdü – FOTOLAR•Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı•Guya DTX-dən zəng gələcək – Qanunsuz tələblərə inanmayın!•İsrail Prezidenti Azərbaycana gəldi – FOTOLAR•Səmədovun mənimsədiyi pulu oğlu qaytardı – 300 min…•Hakan Fidan Bakıya gəlir•Xalq artisti evə buraxılıb – Vəziyyəti ağırdı•İlham Əliyev İsrail Prezidenti ilə görüşdü – FOTO•Prezident və xanımı onlarla görüşdü – FOTOLAR•Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı•Guya DTX-dən zəng gələcək – Qanunsuz tələblərə inanmayın!•İsrail Prezidenti Azərbaycana gəldi – FOTOLAR•Səmədovun mənimsədiyi pulu oğlu qaytardı – 300 min…•Hakan Fidan Bakıya gəlir•

Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub.

Mecra.az xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik edib.

Prezident İsxak Hersoq Azərbaycanın 2026–2028-ci illərdə də bu quruma sədrliyini davam etdirməsini ölkəmizə göstərilən yüksək etimadın təzahürü kimi qiymətləndirib və bundan məmnunluğunu ifadə edib.

İsrail Prezidenti Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və etimad quruculuğu tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Dövlət başçısı Azərbaycanın sədrliyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev Azərbaycanın sədr ölkə kimi AQEM-ə üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirdiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərə, həmçinin beynəlxalq və regional gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt