“Xalaqızı” vəfat etdi

XƏBƏR XƏTTİ
Cəlilabadda əmək yarmarkası keçiriləcək – FOTO•Məktəblilərin bu görüntüləri diqqət çəkdi – FOTOLAR•Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi•Prezidentdən sərgi iştirakçılarına müraciət•Media və Yayım Şurası: “İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib” – FOTO•Xanımı ilə sağollaşandan iki saat sonra şəhid oldu – Cəlilabadlı şəhirin son fotosu•Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş•“Xalaqızı” vəfat etdi•Cəlilabadda əmək yarmarkası keçiriləcək – FOTO•Məktəblilərin bu görüntüləri diqqət çəkdi – FOTOLAR•Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi•Prezidentdən sərgi iştirakçılarına müraciət•Media və Yayım Şurası: “İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib” – FOTO•Xanımı ilə sağollaşandan iki saat sonra şəhid oldu – Cəlilabadlı şəhirin son fotosu•Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş•“Xalaqızı” vəfat etdi•

Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib.

Mecra.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıblar.

74 yaşlı veteran hərbçinin Bakıda xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, N.Yusifova sovet illərində Bakıda qülləli kran maşinisti kimi çalışıb. Azərbaycanın 7-ci dərəcəli ilk qadın maşinisti olub.

Atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çempionatında ikinci, 1975-ci ildə isə birinci yerin qalibi olub. 17 mart 1992-ci ildə ilk xanım snayper olaraq orduda qeydiyyata alınıb. 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsində snayper kimi iştirak edib.

Hərbçilər arasında “Xalaqızı” adı ilə tanınan Növrəstə Yusifova 1997-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edirdi. (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt