“Məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi müşahidə olunur”

XƏBƏR XƏTTİ
Sürücülərin nəzərinə!•30 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bakıda keçirilən beynəlxalq konfrans və Qarabağ səfəri barədə – Videoçarxlar•Hava pisləşəcək – Leysan, şimşək…•Faktiki hava açıqlandı•Bakının bu ərazisində söküntüyə hazırlıq gedir – Kompensasiyaya dair açıqlama – VİDEO•Şəhərdən kəndə köçənlərə böyük güzəştlər təklif edilir – VİDEO•Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq – VİDEO•Sürücülərin nəzərinə!•30 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bakıda keçirilən beynəlxalq konfrans və Qarabağ səfəri barədə – Videoçarxlar•Hava pisləşəcək – Leysan, şimşək…•Faktiki hava açıqlandı•Bakının bu ərazisində söküntüyə hazırlıq gedir – Kompensasiyaya dair açıqlama – VİDEO•Şəhərdən kəndə köçənlərə böyük güzəştlər təklif edilir – VİDEO•Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq – VİDEO•

Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviyə çəkilməsi və süni ictimai gərginlik predmetinə çevrilməsi istiqamətində cəhdlər müşahidə olunur.

Mecra.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında qeyd olunub.

Xüsusilə sosial media platformalarında koordinasiyalı şəkildə həyata keçirilən fəaliyyət bu narahatlığı daha da artırır. Ayrı-ayrı hesablar vasitəsilə eyni məzmunlu və ya oxşar xarakterli paylaşımların, o cümlədən neqativ şərh və reaksiyaların kütləvi şəkildə və qısa zaman intervallarında yayılması, insanları ictimai qaydanı pozmağa təşviq edən çağırışların edilməsi diqqət çəkir. Məhdud sayda eyniadlı hesabların çoxsaylı paylaşımlara ardıcıl müdaxiləsi və fəaliyyətin konkret vaxt intervallarında intensivləşməsi bu prosesin koordinasiyalı xarakter daşıdığına dair ciddi əsaslar yaradır, trol hücumu və ölkə xaricindən vahid mərkəzdən idarə olunan informasiya manipulyasiyasının aparıldığını göstərir.

Bu kimi müdaxilələrin əsas məqsədi real ictimai rəyin təhrif olunması, ayrı-ayrı hesabların süni aktivliyi hesabına kütləvi narazılıq görüntüsünün yaradılması, diqqətin məsələnin mahiyyətindən yayındırılması və mövzunun müəyyən siyasi məqsədlərin alətinə çevrilməsidir.

Azərbaycan Respublikası Media və Yayım Şurası vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu kimi hallara qarşı diqqətli olmağa, şübhəli hesabların koordinasiyalı fəaliyyətini nəzərə almağa, manipulyativ məzmunu yoxlamadan yaymamağa və süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt