Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı saxlanıldı

XƏBƏR XƏTTİ
Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•Çində elektromobillərin satışları rekord vurur•Bu gün “Qarabağ”ın oyunu var•Vasif Əlihüseynə ağır itki üz verdi – FOTO•Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi – VİDEO•Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü – Təfərrüat•22 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•Çində elektromobillərin satışları rekord vurur•Bu gün “Qarabağ”ın oyunu var•Vasif Əlihüseynə ağır itki üz verdi – FOTO•Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi – VİDEO•Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü – Təfərrüat•22 noyabrda bizi nə gözləyir? – Ulduz falı•

Xocalıda yeniyetmə qızını nişanlayan ata saxlanılıb.

Mecra.az Lent.az-a istinadən xəbər verir ki, 50 yaşlı Ağasəf Rzayev (şərti adla) hüquq-mühafizə orqanlarına müraciətində 16 yaşlı qızının itkin düşdüyünü bildirib.

Sonra izahatı alınarkən o, qızını mart ayında 30 yaşlı bacısı oğlu ilə nişanladığını deyib.

Fakt əsasında onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Ağasəf Rzayevin sözlərinə görə, sonradan bilib ki, qohum olduqları üçün qızı ilə bacısı oğlunun evliliyi mümkün deyil. O, etdiyi əməldən peşman olduğunu və ikinci qrup əlil olmasını deyib. Buna görə də barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə A. Rzayev 1000 manat məbləğində inzibati qaydada cərimələnib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt