Boş qalan dövlət sifarişli yerlərlə bağlı açıqlama

XƏBƏR XƏTTİ
Boş qalan dövlət sifarişli yerlərlə bağlı açıqlama•Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı saxlanıldı•Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq•Müşfiqabadda dövlət bağçası niyə suyun içindədir – VİDEO•“Yanımızda hər həftə bir gəmi vurulur” – 12 azərbaycanlı dənizdə çarəsiz qalıb•Bu ərazilərdə səhərə qədər su olmayacaq – Xəbərdarlıq•Prezident Böyük Britaniyanın nazirini qəbul etdi – FOTOLAR•Prezidentlə görüşdən paylaşım edib bu sözləri yazdı•Boş qalan dövlət sifarişli yerlərlə bağlı açıqlama•Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı saxlanıldı•Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq•Müşfiqabadda dövlət bağçası niyə suyun içindədir – VİDEO•“Yanımızda hər həftə bir gəmi vurulur” – 12 azərbaycanlı dənizdə çarəsiz qalıb•Bu ərazilərdə səhərə qədər su olmayacaq – Xəbərdarlıq•Prezident Böyük Britaniyanın nazirini qəbul etdi – FOTOLAR•Prezidentlə görüşdən paylaşım edib bu sözləri yazdı•

“Dövlət sifarişi əsasında ayrılan hər bir təhsil yeri bir gəncin təhsilinə dövlət tərəfindən verilən dəstəkdir. Bu imkanlardan maksimum dərəcədə tələbələrin xeyrinə istifadə olunmasını vacib hesab edirik”.

Mecra.az xəbər verir bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, hər il ali təhsil müəssisələrinə qəbul aparıldıqdan sonra müxtəlif səbəblərdən dövlət sifarişi üzrə müəyyən sayda yer boş qalır: “Bunun səbəblərindən biri dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanan bəzi şəxslərin xarici universitetlərdən təqaüd və digər imkanlar əldə edərək təhsillərini xaricdə davam etdirməyi seçmələridir.

Mövcud qaydalara uyğun olaraq boş qalan dövlət sifarişli yerlərə ödənişli əsaslarla qəbul olunmuş şəxslərin yerləşdirilməsi üçün müsabiqə aparılır. Bu il həmin imkan nəticəsində bakalavriat səviyyəsində 1870, magistratura səviyyəsində isə 195 nəfər olmaqla, ümumilikdə 2065 tələbə ödənişli təhsildən dövlət sifarişi əsasında təhsilə keçmək imkanı qazanıb”.

M.Abbaszadə əlavə edib ki, bu mexanizm dövlətin təhsilin maliyyələşdirilməsi üçün yaratdığı imkanlardan daha çox gəncin yararlanmasına və boş qalan dövlət sifarişli yerlərinin yenidən tələbələrin təhsilinə yönəldilməsinə şərait yaradır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt