Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

XƏBƏR XƏTTİ
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı saxlanıldı•Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq•Müşfiqabadda dövlət bağçası niyə suyun içindədir – VİDEO•“Yanımızda hər həftə bir gəmi vurulur” – 12 azərbaycanlı dənizdə çarəsiz qalıb•Bu ərazilərdə səhərə qədər su olmayacaq – Xəbərdarlıq•Prezident Böyük Britaniyanın nazirini qəbul etdi – FOTOLAR•Prezidentlə görüşdən paylaşım edib bu sözləri yazdı•“44” bədii filminin daha bir tizeri yayımlanıb – VİDEO•Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı saxlanıldı•Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq•Müşfiqabadda dövlət bağçası niyə suyun içindədir – VİDEO•“Yanımızda hər həftə bir gəmi vurulur” – 12 azərbaycanlı dənizdə çarəsiz qalıb•Bu ərazilərdə səhərə qədər su olmayacaq – Xəbərdarlıq•Prezident Böyük Britaniyanın nazirini qəbul etdi – FOTOLAR•Prezidentlə görüşdən paylaşım edib bu sözləri yazdı•“44” bədii filminin daha bir tizeri yayımlanıb – VİDEO•

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən respublika üzrə 10 ədəd modul və bir ədəd konteyner tipli məktəb binalarının quraşdırılması işlərinin satın alınması ilə bağlı tender elan edilib.

Mecra.az-ın Oxu.Az-a istinadla məlumatına görə, tenderin ehtimal olunan qiyməti 6 milyon 183 min manat təşkil edir.

Satınalma çərçivəsində respublikanın müxtəlif ərazilərində modul və konteyner tipli məktəb binalarının quraşdırılması ilə bağlı tikinti işlərinin görülməsi nəzərdə tutulub.

Tender sənədlərində göstərilən işlər arasında Ağsu rayonunun M.Musayev adına İlxiçi kənd tam orta məktəbinin ərazisində 90 şagird yerlik modul məktəb binasının quraşdırılması ilə bağlı işlər də yer alıb.

Həmin ərazidə görüləcək işlərə 1 118 kubmetr qruntun qazılması, 47 kubmetr xəndəklərin qazılması, 284 kubmetr qruntun yerinin dəyişdirilməsi, 25 kubmetr xəndək, çala və çuxurların əl ilə doldurulması, 546 kubmetr qruntun xəndəklərdən kənara qazılması və 830 kubmetr qruntun pnevmatik döyəcləyicilərlə sıxlaşdırılması daxildir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt