Müşfiqabadda dövlət bağçası niyə suyun içindədir – VİDEO

XƏBƏR XƏTTİ
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı saxlanıldı•Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq•Müşfiqabadda dövlət bağçası niyə suyun içindədir – VİDEO•“Yanımızda hər həftə bir gəmi vurulur” – 12 azərbaycanlı dənizdə çarəsiz qalıb•Bu ərazilərdə səhərə qədər su olmayacaq – Xəbərdarlıq•Prezident Böyük Britaniyanın nazirini qəbul etdi – FOTOLAR•Prezidentlə görüşdən paylaşım edib bu sözləri yazdı•“44” bədii filminin daha bir tizeri yayımlanıb – VİDEO•Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı saxlanıldı•Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq•Müşfiqabadda dövlət bağçası niyə suyun içindədir – VİDEO•“Yanımızda hər həftə bir gəmi vurulur” – 12 azərbaycanlı dənizdə çarəsiz qalıb•Bu ərazilərdə səhərə qədər su olmayacaq – Xəbərdarlıq•Prezident Böyük Britaniyanın nazirini qəbul etdi – FOTOLAR•Prezidentlə görüşdən paylaşım edib bu sözləri yazdı•“44” bədii filminin daha bir tizeri yayımlanıb – VİDEO•

Müşfiqabad qəsəbəsinin Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında kanalizasiya suyu otaqlara dolub. 

Mecra.az-ın məlumatına görə, bu barədə “Barometr TV”yə danışan valideynlər bildiriblər ki, nəticədə bağçada antisanitar vəziyyət yaranıb. Anaların sözlərinə görə, orada isti su da yoxdur.

Onlar, həmçinin iddia edib ki, dövlət bağçası olmasına baxmayaraq, qeydiyyat üçün ödəniş tələb olunub: “Bizə dedilər ki, 120 manat illik verilməlidir. İmkanım çatmadığı üçün 10 manat verdim, ona da razılaşmadılar. Bağça açılandan bəri övladım 4-5 dəfə gedib, onda da qarın ağrısından, qusmadan əziyyət çəkdi. Mən uşağımı bura qoymamışam ki, sətəlcəm olsun, gətirirəm ki, tərbiyə alsın”.

Bağçanın müdiri Həyat Dursunəliyeva məsələ ilə bağlı valideynə telefon danışığı zamanı bildirib ki, aidiyyəti qurumlar bağçaya baxış keçirib. O, daha sonra jurnalistə cavabında qeyd edib ki, qısa müddətdə müəssisəyə yaxınlaşacaq. Lakin müdir gəlməyib.

Problemlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirildi ki, məsələ araşdırılacaq və nəticəsi barədə məlumat veriləcək. 

Daha ətraflı videomaterialda: 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt