Torpaq sahiblərinin nəzərinə: Sahələri istifadəsiz saxlamaq mümkün olmayacaq

XƏBƏR XƏTTİ
“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu – FOTO•Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu – FOTO•Bu yollar saat 15:00-dan bağlı olacaq•Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI•Məhkəmə Rəşid Mahmudov barəsində qərar verib — Şikayətçi tanınmış MÜĞƏNNİDİR•DTX rəisi: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”•“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”•“Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır” – VİDEO•“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu – FOTO•Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu – FOTO•Bu yollar saat 15:00-dan bağlı olacaq•Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI•Məhkəmə Rəşid Mahmudov barəsində qərar verib — Şikayətçi tanınmış MÜĞƏNNİDİR•DTX rəisi: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”•“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”•“Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır” – VİDEO•

İstifadəyə yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısı alınacaq.

Mecra.az xəbər verir ki, sözügedən məsələ “Aqrar sahə haqqında” yeni qanun layihəsində əksini tapıb.

Torpaq aqrar məhsulun əsas istehsal vasitəsi olmaqla dövlət tərəfindən qorunacaq.

Kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə və onların mühafizəsi tədbirləri aşağıdakılardır:

– torpaqlardan təyinatına, bitkiçilik və heyvandarlığın müxtəlif növləri üzrə ixtisaslaşma arealına uyğun istifadə olunması;

– torpaqdan istifadədə müasir texnologiyaların (müasir suvarma sistemləri, süni intellekt və s.) və əkin texnikasının tətbiq edilməsi;

– “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaqların münbitliyinin təmin olunması və çirklənmədən qorunması sahəsində tədbirlərin həyata keçirilməsi;

– aqrokimyəvi (torpaqların məhsuldarlıq, fiziki və kimyəvi göstəricilərini əks etdirən) xəritələrin hazırlanması və iqlim dəyişikliklərinə mütənasib dəyişmələr nəzərə alınmaqla yenilənməsi;

– torpaqların kiçik hissələrlə istifadəsinin normativ hüquqi aktlarda nəzərdə tutulmuş üsullarla (vahid əkin, konsolidasiya, kooperativləşmə və s.) azaldılması və birgə istifadənin təşviqi;

– torpaq istifadəçilərinə torpaqların münbitliyinin qorunması üzrə aqrar sahədə informasiya-məsləhət xidmətlərinin göstərilməsi;

– kənd təsərrüfatı təyinatlı torpaqların zibillənməsi, çirklənməsi, korlanması, onlardan təsərrüfatsızcasına və ya məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadənin və əkin yerlərinin yandırılmasının qadağan edilməsi;

– istifadəyə yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısının alınması (dincə qoyulma istisna olmaqla);

– torpaqların istifadə vəziyyətinə dair məlumatların toplanılması və təhlili.

Torpaqdan istifadə və onun mühafizəsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt