Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: “Bu uşaqların araşdırılmasını…” – VİDEO

XƏBƏR XƏTTİ
Ermənistanda saxlanılan hərbçimizin kimliyi məlum oldu – 5 gündür itkin imiş•Cəlilabadda ev yararaq kül oldu – FOTO•Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib•Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: “Bu uşaqların araşdırılmasını…” – VİDEO•Cəlilabadlı general 60-a çatdı – VİDEO•Temperatur 10° enəcək – Xəbərdarlıq•Güclü külək əsəcək – Xəbərdarlıq•Cəlilabadda Ahıllar Günü münasibətilə tədbir keçirildi – FOTOLAR•Ermənistanda saxlanılan hərbçimizin kimliyi məlum oldu – 5 gündür itkin imiş•Cəlilabadda ev yararaq kül oldu – FOTO•Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib•Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: “Bu uşaqların araşdırılmasını…” – VİDEO•Cəlilabadlı general 60-a çatdı – VİDEO•Temperatur 10° enəcək – Xəbərdarlıq•Güclü külək əsəcək – Xəbərdarlıq•Cəlilabadda Ahıllar Günü münasibətilə tədbir keçirildi – FOTOLAR•

Ağstafada məktəb müəllimləri arasında əlbəyaxa dava baş verib. Hadisə Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Mecra.az Baku TV-yə istinadən xəbər verir ki, məktəbin ibtidai sinif müəllimi Pərvanə Məmmədova həmkarı Sevinc Əhmədova ilə aralarında yaranan mübahisə zamanı ona xəsarət yetirildiyini iddia edib.

“Sistemdə 25 şagird görünür, amma onlardan yalnız beşini tanıyırıq. Bu uşaqların araşdırılmasını tələb etdim. Daha sonra gördüm ki, Sevinc Əhmədova məni telefonla çəkir. Yaxınlaşanda aramızda mübahisə yarandı”, – deyə müəllim bildirib.

P.Məmmədova iddia edib ki, mübahisə zamanı həmkarı onu hədələyib və telefonuna zərər vurub: “Telefonumu başıma vurmaq istədi. Əlimlə özümü qoruyanda telefon əlimin üstündə qırıldı. Sonra telefonu direktorun qapısına vurdu”.

Hadisənin şagirdlərin gözü qarşısında baş verdiyi bildirilir.

“Şagirdin gözünün qabağında müəllimi döyüblər. Uşaq travma alıb, dünəndən ağlayır”, – deyə valideyn narazılığını dilə gətirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt