Cəlilabadlı general 60-a çatdı – VİDEO

XƏBƏR XƏTTİ
Ermənistanda saxlanılan hərbçimizin kimliyi məlum oldu – 5 gündür itkin imiş•Cəlilabadda ev yararaq kül oldu – FOTO•Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib•Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: “Bu uşaqların araşdırılmasını…” – VİDEO•Cəlilabadlı general 60-a çatdı – VİDEO•Temperatur 10° enəcək – Xəbərdarlıq•Güclü külək əsəcək – Xəbərdarlıq•Cəlilabadda Ahıllar Günü münasibətilə tədbir keçirildi – FOTOLAR•Ermənistanda saxlanılan hərbçimizin kimliyi məlum oldu – 5 gündür itkin imiş•Cəlilabadda ev yararaq kül oldu – FOTO•Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib•Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: “Bu uşaqların araşdırılmasını…” – VİDEO•Cəlilabadlı general 60-a çatdı – VİDEO•Temperatur 10° enəcək – Xəbərdarlıq•Güclü külək əsəcək – Xəbərdarlıq•Cəlilabadda Ahıllar Günü münasibətilə tədbir keçirildi – FOTOLAR•

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin beynəlxalq əlaqələr üzrə müavini general-leytenant Əfqan Nağıyevin yubileyidir.

Mecra.az xəbər verir ki, bu gün onun 60 yaşı tamam olur.

Azərbaycanın tanınmış və təcrübəli zabitlərindən olan general uzun illərdir dövlət sərhədlərinin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır.

General Nağıyev, xüsusilə 44 günlük Vətən müharibəsində fəal iştirak edib. “Harop” pilotsuz uçuş aparatlarının (PUA) uğurlu tətbiqində mühüm rol oynayıb, hərbi əməliyyatlar dövründə göstərdiyi şücaətə və peşəkarlığa görə yüksək qiymətləndirilib.

Ə.Nağıyev müharibədən sonra dövlət başçısı tərəfindən dəfələrlə mükafatlandırılıb. O, “Qarabağ”, “Azərbaycan bayrağı”, “Vətənə xidmətə görə” ordenləri və bir neçə rayonumuzun düşməndən azad olunması medalları ilə təltif edilib.

General hazırda da xidmətini davam etdirir.

Qeyd edək ki, Əfqan Nağıyev 1 oktyabr 1966-cı ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndində anadan olub. (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt