Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – Yenilik

XƏBƏR XƏTTİ
“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu – FOTO•Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu – FOTO•Bu yollar saat 15:00-dan bağlı olacaq•Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI•Məhkəmə Rəşid Mahmudov barəsində qərar verib — Şikayətçi tanınmış MÜĞƏNNİDİR•DTX rəisi: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”•“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”•“Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır” – VİDEO•“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu – FOTO•Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu – FOTO•Bu yollar saat 15:00-dan bağlı olacaq•Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI•Məhkəmə Rəşid Mahmudov barəsində qərar verib — Şikayətçi tanınmış MÜĞƏNNİDİR•DTX rəisi: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”•“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”•“Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır” – VİDEO•

Oktyabrın 1-dən onlayn istehlak kreditlərinin verilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir.

Mecra.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov cari il aprelin 28-də “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, vətəndaşlar banka və ya bank olmayan kredit təşkilatına müraciət edərək öz adlarına məsafədən istehlak krediti rəsmiləşdirilməsinə və kredit limitinin onlayn artırılmasına məhdudiyyət qoya biləcəklər.

Müvafiq məhdudiyyət həmin müştərinin banka fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə təqdim etdiyi yazılı müraciət əsasında aradan qaldırıla bilər.

Bundan başqa, banklar və BOKT-lar kredit verməzdən əvvəl müştərinin belə məhdudiyyət tətbiq edib-etmədiyini həm öz informasiya sistemlərində, həm də kredit bürosunun sistemində yoxlamalı olacaqlar.

Yeni qaydaya əsasən, məsafədən istehlak krediti rəsmiləşdirildikdən sonra vəsait dərhal təqdim edilməyəcək. Gün ərzində verilən və ya artırılan kredit məbləği minimum əməkhaqqının iki mislinədək olduqda vəsait 2 saat sonra, bu məbləğdən çox olduqda isə 24 saat sonra təqdim ediləcək.

Qaydalar həm banklara, həm də bank olmayan kredit təşkilatlarına şamil olunur. (Oxu.Az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt