Bir gündə 13 tibb işçisinin işinə son verildi – Baş həkimlər də siyahıda

XƏBƏR XƏTTİ
Leysan olacaq – Sabahın havası•Hacıqabul sakininin “Sovetski”də meyit aşkarlandı•“Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhər kimi tarixə yazıldı”•İcra başçısı 3 nəfərə vəzifə verdi•Oktyabrda 9 gün iş OLMAYACAQ•Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – Yenilik•Bir gündə 13 tibb işçisinin işinə son verildi – Baş həkimlər də siyahıda•Cəlilabadda şəhid zabitin anım mərasimi keçirildi – FOTOLAR•Leysan olacaq – Sabahın havası•Hacıqabul sakininin “Sovetski”də meyit aşkarlandı•“Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhər kimi tarixə yazıldı”•İcra başçısı 3 nəfərə vəzifə verdi•Oktyabrda 9 gün iş OLMAYACAQ•Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – Yenilik•Bir gündə 13 tibb işçisinin işinə son verildi – Baş həkimlər də siyahıda•Cəlilabadda şəhid zabitin anım mərasimi keçirildi – FOTOLAR•

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var.

Mecra.az xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddət ərzində verilməsi olub.

Məlumata əsasən, TƏBİB tərəfindən aparılan araşdırma zamanı Sumqayıt Tibb Mərkəzinin tabeliyindəki poliklinikalarda sağlamlıq arayışlarının 20 dəqiqə ərzində verildiyi müəyyən edilib. Qurum bunu prosedur pozuntusu kimi qiymətləndirib.

Nəticədə 13 əməkdaşın əmək müqaviləsinə eyni gündə xitam verilib.

İşdən azad edilənlər arasında Sumqayıt şəhər 1, 2 və 3 nömrəli poliklinikaların baş həkimləri də var. Həmçinin həmin tibb müəssisələrində çalışan katibələr də eyni səbəblə işdən çıxarılıb.

Məsələ ilə bağlı TƏBİB-in rəsmi mövqeyi hələlik məlum deyil.

Tibb işçiləri bu qərarın əsassız olduğunu bildirirlər. (News365.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt