Cəlilabadda yeni yaşayış məskəni aşkar edildi – FOTOLAR

XƏBƏR XƏTTİ
“Başı ağrıyırmış, hamama gedib…” – Yataqxanada tələbənin ölümünün təfərrüatı – Foto/Video•Güclü külək Xırdalanda beş avtomobilə ziyan vurdu – VİDEO•Prezidentin 1 həftəsi… – VİDEO•Bakıda qadınlar mağazaya girdilər, qızılı ovucunda gizlədib apardılar: Polis hərəkətə keçdi – Anbaan video•Güclü külək ağacı avtomobilin üzərinə aşırdı – VİDEO•Prezident radio və televiziya işçilərini təbrik etdi•Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•“Başı ağrıyırmış, hamama gedib…” – Yataqxanada tələbənin ölümünün təfərrüatı – Foto/Video•Güclü külək Xırdalanda beş avtomobilə ziyan vurdu – VİDEO•Prezidentin 1 həftəsi… – VİDEO•Bakıda qadınlar mağazaya girdilər, qızılı ovucunda gizlədib apardılar: Polis hərəkətə keçdi – Anbaan video•Güclü külək ağacı avtomobilin üzərinə aşırdı – VİDEO•Prezident radio və televiziya işçilərini təbrik etdi•Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•

Cəlilabad rayonunda yeni yaşayış məskəni aşkarlanıb.

Mecra.az AZƏRTAC-a istinadla xəbər verir ki, rayonun Təklə kəndi ərazisində ilk dəfə elmə məlum olmayan yeni yaşayış məskəni – Oğlantəpə aşkar edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Muğan tunc – ilk dəmir dövrü arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə ərazidə kəşfiyyat xarakterli tədqiqatlar aparılıb.

Cəfərli yolunun sağ tərəfində, yoldan 130 metr şimal-qərbdə yerləşən Oğlantəpə təbii təpə üzərində salınıb. Təpənin diametri 100 metr, hündürlüyü təxminən 20 metrdir. Abidənin sağ və sol tərəfindən qədim çay dərələri keçir. Uzunmüddətli yaşayış nəticəsində burada qalın mədəni təbəqə formalaşıb.

İlkin axtarışlar zamanı abidənin üst qatından Orta əsrlərə aid şirli və şirsiz saxsı nümunələri aşkarlansa da, mədəni təbəqənin kəsik hissəsində əsasən ilk tunc dövrünə aid maddi mədəniyyət nümunələri üzə çıxıb.

Tapıntılar arasında qonur və boz rəngli, yarımşarşəkilli qulpları olan saxsı qab fraqmentləri, boşqab tipli qablara aid qırıqlar və daşdan hazırlanmış əşyalar üstünlük təşkil edir.

Arxeoloqların bildirdiyinə görə, gələcəkdə bu tip abidələrin sistemli şəkildə qeydə alınması Muğan bölgəsində ilk tunc dövrü yaşayış məskənlərinin yayılma arealının müəyyənləşdirilməsinə və yeni arxeoloji xəritənin hazırlanmasına imkan verəcək.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt