Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Vətən müharibəsi qazisi 1 ci qrup hərbi əlil Nurlan Tağıyevi ziyarət edib.
Mecra.az xəbər verir ki, gördüşdə icra başçısı Rafiq Cəlilovla birlikdə İcra Hakimiyyətinin Müharibə iştirakçılar və şəhid ailələri ilə işin təşkili şöbəsinin sektor müdiri Fizuli Cəfərov və Cəlilabad şəhər icra nümayəndəsinin müavini Vüsal Kazımov da iştirak edib.
Söhbət zamanı Nurlan Tağıyevin sağlamlıq vəziyyəti və keçdiyi döyüş yoluyla bağlı onunla söhbət aparılıb.
Qeyd edək ki, Nurlan Tağıyev Vətən müharibəsində ağır yaralandığı üçün aldığı xəsarətlər səbəbindən uzun müddət danışa bilməyib. Uzun müddət müalicə edildikdən sonra nitqi bərpa olunub.
Vasif ƏLİHÜSEYN

