Müştərilərə bazarda “yaş” adı ilə suya salınmış qoz satılır – AQTA susur – Ekspert

XƏBƏR XƏTTİ
İctimai nəqliyyatda YENİLİK: SABAHDAN…•Türkiyədə helikopter qəzaya uğradı – 4 hərbçi həlak oldu•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•İctimai nəqliyyatda YENİLİK: SABAHDAN…•Türkiyədə helikopter qəzaya uğradı – 4 hərbçi həlak oldu•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•

Bazarlarda kütləvi şəkildə qoz satışına start verilib. Amma bu qozların satıcılar süni şəkildə çəkisini artırmaq üçün suda saxlayırlar. Suda saxlanılan bu cür qozların içi isə kifləndiyi üçün insan orqanizmində mədə-bağırsaq zədələnməsinə səbəb olur.

Məsələylə bağlı Mecra.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu qozların nəinki bazarlarda, hətta marketlərdə də satıldığını bildirib:

“Demək olar ki, mövsüm zamanı hər il bizim təşkilata istehlakçılar tərəfindən hər gün bir neçə şikayət daxil olur. Bunun hansı ölkədən gətirildiyi barədə də məlumat yoxdur və bu marketlərdə də satılır. Mən dəfələrlə bunun sənədini tələb etsəm də, ala bilməmişəm. Bu cür orqanizmə ziyanlı olan qozlar marketlərə necə girir, məlum deyil. Mənbəyi, buraxılma tarixi, yararlılıq müddəti barədə heç bir məlumat yoxdur. Çox təəssüflər olsun ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi susur və əhaliyə heç bir məlumat vermir. İllər boyudur ki, bu davam edir. Burda mənə də məlum olmayan səbəblər var”.

Ekspert bildirib ki, həm də bu qozların ləpələri yaş mühitdə olduğundan orda bakteriyaların inkişaf etmək imkanı çox böyükdür.

Vasif ƏLİHÜSEYN

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt