40 ilin həkimini işdən çıxarmışdı – Vəzifəsindən azad edildi

XƏBƏR XƏTTİ
40 ilin həkimini işdən çıxarmışdı – Vəzifəsindən azad edildiRayonlara yağış yağacaq, dolu düşəcək – Sabahın havasıBakı-Sumqayıt yolunda dəhşətli qəza – Avtomobillər aşdı – VİDEOİlham Əliyev onları əfv etdi – AdlarPrezident Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi – FOTOLARKolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADISəfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni udduTramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb – FOTO40 ilin həkimini işdən çıxarmışdı – Vəzifəsindən azad edildiRayonlara yağış yağacaq, dolu düşəcək – Sabahın havasıBakı-Sumqayıt yolunda dəhşətli qəza – Avtomobillər aşdı – VİDEOİlham Əliyev onları əfv etdi – AdlarPrezident Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi – FOTOLARKolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADISəfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni udduTramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb – FOTO

Bir müddət əvvəl Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkim Etibar Məmmədovun əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı oğlu Aslan Məmmədzadə məlumat yaymışdı. O həmin xəstəxanada İnsan Resursları şöbəsinin müdiri Elbəy Fətəliyevdən şikayətçi idi.

Mecra.az xəbər verir ki, A.Məmmədov sosial şəbəkədə yeni paylaşım edərək, qanunsuzluğun aradan qaldırıldığını, Elbəy Fətullayevin vəzifədən azad edildiyini və atasının işə bərpa olunduğunu bildirib.

“TƏBİB rəhbərliyi bu məsələyə çox həssas yanaşdı. Cənab Anar Bayramovun müavini Rahim müəllim dərhal mənimlə əlaqə saxladı və növbəti gün görüş təyin olundu. Görüş zamanı bu məsələni təxminən bir saat yarım ərzində ətraflı şəkildə müzakirə etdik.

Görüşdən dərhal sonra daxili araşdırma başladı. Araşdırmanın nəticəsində atama qarşı törədilən qanunsuzluq və ədalətsizlik təsdiqləndi. Eyni zamanda, Elbəy Fətəliyevin digər qanunsuz əməlləri də araşdırma zamanı üzə çıxdığı üçün o, işdən azad edildi”, – A.Məmmədzadə deyib.“Qafqazinfo”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt