Sabah hava necə olacaq?

XƏBƏR XƏTTİ
18 yaşlı müştəri kafe sahibini bıçaqladı•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•18 yaşlı müştəri kafe sahibini bıçaqladı•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•

Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Mecra.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt