Həmin “zipline”da avqustda da ciddi problem olubmuş – VİDEO

Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzindəki “zipline”nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub.

Mecra.az Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib.

Belə ki, turistlər “zipline”a miniblər. Lakin mənzil başına çatmadan yolda qalıblar. Onları istirahət mərkəzinin əməkdaşları xilas edib və “zipline”dan endirib.

Qeyd edək ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində “zipline”nın kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb.

Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu ölüb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

👁 53 baxış