Xocalıda ANAMA əməkdaşı minaya düşdü – Yenilənib

XƏBƏR XƏTTİ
Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? – Şok fotolar•Deputatın oğlu həbs edildi – Yenilənib•İcra başçısı şəhidin doğum günündə ailəsini tək qoymadı – FOTOLAR•Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi – Açıqlama•15 illik həsrətə son qoyan adam! – FOTOLAR•26 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•“Ceyhun Sabunçu”nu qətlə yetirənlər haqda qərar verildi•Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? – FOTO•Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? – Şok fotolar•Deputatın oğlu həbs edildi – Yenilənib•İcra başçısı şəhidin doğum günündə ailəsini tək qoymadı – FOTOLAR•Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi – Açıqlama•15 illik həsrətə son qoyan adam! – FOTOLAR•26 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•“Ceyhun Sabunçu”nu qətlə yetirənlər haqda qərar verildi•Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? – FOTO•

Xocalı rayonunda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib.

Qurumun əməkdaşı ərazidə minatəmizləmə işləri apararkən mina partlayışı baş verib. Hadisə nəticəsində o xəsarət alıb.

Yaralı şəxs ilkin tibbi yardım göstərilməsi üçün Xankəndi şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Minaya düşən ANAMA əməkdaşının kimliyi məlum olub.

Hadisə nəticəsində yaralanan şəxs Goranboy rayon sakini 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğludur. O, tədqiqat rəhbəri vəzifəsində çalışır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt