Ali təhsil müəssisələrinə qəbul imtahanlarında region üzrə yüksək bal toplayan məzunlarla görüş keçirilib.
Mecra.az xəbər verir ki, tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, rayonlar (şəhər) üzrə təhsil sektorlarının müdirləri, məktəb direktorları və məzunlar iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov tələbə adını qazanan bütün məzunları, onların müəllim və valideynlərini təbrik edib. Məzunların qazandıqları uğurların arxasında müəllimlərin zəhmətinin, valideynlərin dəstəyinin və şagirdlərin məqsədyönlü əməyinin dayandığını vurğulayan Rəhim Rəhimov məktəb direktorlarına və pedaqoji kollektivlərə təşəkkürünü bildirib.
Çıxış zamanı məzunların yüksək nəticələrinin regionda təhsilin inkişafı istiqamətində görülən işlərin mühüm göstəricilərindən biri olduğu qeyd edilib və onların gələcək təhsil həyatında da uğurlar qazanacaqlarına əminlik ifadə olunub.
Sonra ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən çox bal toplayaraq yüksək nəticə göstərən məzunlar təltif olunub və mükafatlandırılıblar.
Daha sonra direktor və məzunlar da çıxış edərək əldə olunan yüksək nəticələr barədə fikirlərini bölüşüb, məzunları təbrik ediblər.
Sonda ümumi təhsil pilləsində xüsusi nailiyyətləri ilə seçilən iki məzun “Qızıl nişan”la təltif olunub:
🏅 Kərəmova Ayan Rasim qızı (Lənkəran rayonu Ballabur kənd tam orta ümumtəhsil məktəbi)
🏅 Bəşirova Mahirə Rövşən qızı (Masallı şəhəri İsfəndiyar Zülalov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi)
Qeyd edək ki, ötən tədris ilində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 112 məzun ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən çox bal toplayaraq yüksək nəticə göstərib.
Tədbir məzunların əldə etdikləri uğurların qeyd olunması, onların gələcək hədəflərinə dəstək göstərilməsi və təhsil sahəsində qazandıqları nailiyyətlərin ictimaiyyətə təqdim edilməsi məqsədi daşıyıb.
Bütün məzunlarımıza gələcək təhsil həyatlarında yeni nailiyyətlər və qarşıya qoyduqları məqsədlərə çatmağı arzulayırıq!

👁 135 baxış
