Əməkdar artist komaya düşüb

XƏBƏR XƏTTİ
Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal•Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı – DTX-dən əməliyyat•Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?- SİYAHI•Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? – Araşdırma•Öldürülən Ceyhun Əhmədlə dost olub – Oğluna görə… – Dəhşətli DETALLAR BİLİNDİ•Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi – VİDEO•Cəlilabadda sertifikatlaşdırma mövzusunda görüş keçirildi – FOTOLAR•Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal•Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı – DTX-dən əməliyyat•Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?- SİYAHI•Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? – Araşdırma•Öldürülən Ceyhun Əhmədlə dost olub – Oğluna görə… – Dəhşətli DETALLAR BİLİNDİ•Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi – VİDEO•Cəlilabadda sertifikatlaşdırma mövzusunda görüş keçirildi – FOTOLAR•

Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib.

Mecra.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun qızı Gültən Ramazanova məlumat verib.

O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır, vəziyyəti ağırdır:

“Həmin gün səhər saatlarında mən onun yanında idim, daha sonra oradan çıxıb öz evimə getdim. Saat 5 radələrində onunla əlaqə saxlamağa çalışdım, lakin telefon zənglərimə cavab vermədi. Hətta mobil telefonu sönmüşdü, ev telefonuna da cavab vermirdi. Bundan sonra narahat olmağa başladım. Evinə getdim və bundan sonra Fövqəladə Hallar Nazirliyinə, polisə müraciət etdim, prokurorluğa və təcili tibbi yardıma məlumat verdim. Qurumların əməkdaşları gəldilər və qapını sındırdılar.

Anamı balkondan mətbəxə keçid hissəsində, iki qapının arasında sıxılmış və yerdə yıxılmış vəziyyətdə tapdıq. İlkin məlumata görə, həmin vaxt işemik insult keçirib. Görünür, mən səhər onun yanından ayrıldıqdan sonra günorta saatlarında yıxılıb və insult keçirib. Xəstəxanaya çatdırıldıqdan sonra həkimlər beyninə qaz sızdığını bildirdilər.

Mənim anam 65 ilini Azərbaycan radiosuna həsr edib. Çox xahiş edirəm, dualarınızı əsirgəməyin”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt