DİM əlavə buraxılış imtahanı keçirəcək – TARİX AÇIQLANDI

XƏBƏR XƏTTİ
Ukraynalı futbolçu müharibədə həlak oldu•Xırdalanda gənc oğlan binadan yıxılıb öldü•Bazar günü yaz havası olacaq•Kitab sərgisinə gedənlərin nəzərinə!•Reyhan bu ilki yığım mövsümündə rekord məhsuldarlıqla fermerləri təəccübləndirdi•Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu•Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı – Siyahı•Eks-icra başçısının xanımı da ifadə verdi – “Oğlum çox şeyi onunla məsləhətləşirdi”•Ukraynalı futbolçu müharibədə həlak oldu•Xırdalanda gənc oğlan binadan yıxılıb öldü•Bazar günü yaz havası olacaq•Kitab sərgisinə gedənlərin nəzərinə!•Reyhan bu ilki yığım mövsümündə rekord məhsuldarlıqla fermerləri təəccübləndirdi•Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu•Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı – Siyahı•Eks-icra başçısının xanımı da ifadə verdi – “Oğlum çox şeyi onunla məsləhətləşirdi”•

Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün sentyabrın 6-da imtahan keçiriləcək.

Mecra.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.

İmtahanda iştirak edəcək şagirdlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi“ni çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt