DTX-nin saxladığı sabiq icra başçısından xəbər var

XƏBƏR XƏTTİ
Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular•Prezident onu “Şərəf” ordeni ilə təltif etdi•Biləsuvarda dəhşətli qəza – Ölənlər var•Bir sıra yollarda görünüş məhdudlaşacaq – Sürücülərin nəzərinə!•18 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Ukraynalı futbolçu müharibədə həlak oldu•Xırdalanda gənc oğlan binadan yıxılıb öldü•Bazar günü yaz havası olacaq•Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular•Prezident onu “Şərəf” ordeni ilə təltif etdi•Biləsuvarda dəhşətli qəza – Ölənlər var•Bir sıra yollarda görünüş məhdudlaşacaq – Sürücülərin nəzərinə!•18 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Ukraynalı futbolçu müharibədə həlak oldu•Xırdalanda gənc oğlan binadan yıxılıb öldü•Bazar günü yaz havası olacaq•

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Mecra.az xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətə uzadılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb.

İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib./apa

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt