Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular

XƏBƏR XƏTTİ
Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular•Prezident onu “Şərəf” ordeni ilə təltif etdi•Biləsuvarda dəhşətli qəza – Ölənlər var•Bir sıra yollarda görünüş məhdudlaşacaq – Sürücülərin nəzərinə!•18 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Ukraynalı futbolçu müharibədə həlak oldu•Xırdalanda gənc oğlan binadan yıxılıb öldü•Bazar günü yaz havası olacaq•Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular•Prezident onu “Şərəf” ordeni ilə təltif etdi•Biləsuvarda dəhşətli qəza – Ölənlər var•Bir sıra yollarda görünüş məhdudlaşacaq – Sürücülərin nəzərinə!•18 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Ukraynalı futbolçu müharibədə həlak oldu•Xırdalanda gənc oğlan binadan yıxılıb öldü•Bazar günü yaz havası olacaq•

Azərbaycanda bir sıra bölgələrdə ictimai asayişi pozanlar həbs olunublar.

Mecra.az Lent.az-a istinadən xəbər verir ki, hadisələr Abşeron rayonu Masazır, Babək rayonu Nehrəm qəsəbələri, Sumqayıt və Mingəçevir şəhərləri, həmçinin Hacıqabul, eləcə də Masallı rayonlarında qeydə alınıb.

Hacıqabulda 2 nəfər olmaqla ümumilikdə 7 nəfər məktəblərin yaxınlığında ucadan nalayiq ifadələr işlədərək, ictimai asayişi pozublar. Ərazidə xidmətdə olan polis əməkdaşları onlara irad bildirərək, hərəkətlərini dayandırmalarını desələr də, həmin şəxslər qanuni tələbə məhəl qoymayaraq əməllərinə davam ediblər.

Nəticədə polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların hər biri barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.

Ərazi üzrə məhkəmələrin qərarı ilə həmin şəxslərdən üçü 25, ikisi 10, biri 15 gün və digəri isə 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt