6650 şəxs peşə kurslarına cəlb ediləcək

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işaxtaran və işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun peşə bacarıqları qazanmalarına dəstək məqsədilə peşə hazırlığı kurslarının təşkilini davam etdirir.

Mecra.az xəbər verir ki,  bu ilin ötən dövründə Agentlik 10851 şəxs üçün peşə hazırlığı kursları təşkil edib. İlin sonunadək qurum tərəfindən daha 6650 şəxsin bu kurslara cəlb olunması nəzərdə tutulur.

Peşə hazırlığı istiqamətləri müasir əmək bazarının inkişaf tendensiyaları nəzərə alınmaqla müəyyən edilir. Bu baxımdan kurslar ənənəvi peşə istiqamətləri ilə yanaşı, data analitikası, proqramlaşdırma, kibertəhlükəsizlik, rəqəmsal marketinq, bərpa olunan enerji texnologiyaları və s. kimi müasir və gələcək üçün perspektivli istiqamətlər üzrə də təşkil olunur.

Bu yanaşma əmək bazarında dəyişən tələblərə uyğun olaraq vətəndaşların yeni bacarıqlar əldə etmələrinə, onların rəqabət qabiliyyətinin və məşğulluq imkanlarının artırılmasına xidmət edir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt