Sabahın havası açıqlandı

XƏBƏR XƏTTİ
Cəlilabadda yeni yaşayış məskəni aşkar edildi – FOTOLAR•İcra başçısı Vətən müharibəsi qazisini ziyarət etdi – FOTOLAR•Yeni başçı kollektivə təqdim olundu•30 sentyabrda bizi nələr gözləyir? — ULDUZ FALI•Şeyx Əbdül xəstəxanaya yerləşdirildi•Oktyabrda hava necə olacaq?•Bakıda qadın öldürüldü – Əri saxlanıldı•Yeni icra başçısı kollektivə təqdim olundu – FOTOLAR•Cəlilabadda yeni yaşayış məskəni aşkar edildi – FOTOLAR•İcra başçısı Vətən müharibəsi qazisini ziyarət etdi – FOTOLAR•Yeni başçı kollektivə təqdim olundu•30 sentyabrda bizi nələr gözləyir? — ULDUZ FALI•Şeyx Əbdül xəstəxanaya yerləşdirildi•Oktyabrda hava necə olacaq?•Bakıda qadın öldürüldü – Əri saxlanıldı•Yeni icra başçısı kollektivə təqdim olundu – FOTOLAR•

Avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Mecra.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir.

Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.

Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt