Bağlanan universitetin müəllimləri narazıdır – İşsiz qalıblar – VİDEO

XƏBƏR XƏTTİ
40 ilin həkimini işdən çıxarmışdı – Vəzifəsindən azad edildiRayonlara yağış yağacaq, dolu düşəcək – Sabahın havasıBakı-Sumqayıt yolunda dəhşətli qəza – Avtomobillər aşdı – VİDEOİlham Əliyev onları əfv etdi – AdlarPrezident Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi – FOTOLARKolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADISəfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni udduTramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb – FOTO40 ilin həkimini işdən çıxarmışdı – Vəzifəsindən azad edildiRayonlara yağış yağacaq, dolu düşəcək – Sabahın havasıBakı-Sumqayıt yolunda dəhşətli qəza – Avtomobillər aşdı – VİDEOİlham Əliyev onları əfv etdi – AdlarPrezident Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi – FOTOLARKolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADISəfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni udduTramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb – FOTO

Bakı Qızlar Universitetinin onlarla müəllimi, eyni zamanda texniki işçisi işini itirmək təhlükəsi yaşayır.

Mecra.az Xezerxeber.az-a istinadən xəbər verir ki, universitetdə oxuyan tələbələrin digər özəl universitetlərə köçürülməsi haqda qərar verilib, lakin qərar bir çox müəllimlərə, eləcə də texniki işçilərə şamil edilməyib.

Müəllimlər deyir ki, onları həm tələbələrdən ayrılmaq, həm də işsiz qalmaq narahat edir:

“Müəllimlərin sonrakı aqibəti ilə bağlı hələ heç bir qərar yoxdur. Tələbələrin köçürülməsi həm bizi, həm tələbələri, həm də onların valideynlərini narahat edən məsələ idi. Onlar barəsində müəyyən bir qərar verildi. Amma biz müəllimlər faktiki olaraq işsiz qalmışıq”.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirildi ki, Bakı Qızlar Universitetində 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub:

“Tədrisə cəlb olunan şəxslərin yarısından çoxunun elmi dərəcəsi yoxdur. Eyni zamanda, onların əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələridir. Bu səbəbdən universitetin təhsil fəaliyyətinin dayandırılması həmin şəxslərin əsas iş yerlərinin itirilməsi ilə nəticələnməyəcək. Universitetin ştatında çalışan əməkdaşlar isə digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət edə bilərlər. Elm və Təhsil Nazirliyi də öz növbəsində məsələ ilə bağlı müvafiq ali təhsil müəssisələrinə tövsiyə verəcək”.

Daha ətraflı videomaterialda:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt