Cəlilabadda DƏHŞƏTLİ QƏZA: İçində bir yaşlı körpənin də olduğu maşın 50 metr hündürlükdən AŞDI – DETALLAR – FOTO

Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza gecə saat 02:00 radələrində rayonun Soltankənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, BMW markalı, 77-QS-771 dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edən Elbrus Fərman oğlu Qafarov nəqliyyat vasitəsinə nəzarəti itirərək avtomobili aşırıb.

Hadisəyə sürücünün yolu yaxşı tanımaması və döngədə idarəetməni itirməsi səbəb olub.

Qəza nəticəsində xəsarət alanların sürücünün ailə üzvləri deyil, yaxın qohumları – qardaşının həyat yoldaşı və nəvəsi olduğu, onların ciddi xəsarət almadıqları qeyd olunur.

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Soltankənd-Zəhmətabad avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, BMW markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 50 metrlik hündürlükdən aşıb.

Qəza zamanı avtomobildə olan dörd nəfər xəsarət alıb. Yaralananlar Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Elbrus Fərman oğlu Qafarov, Sumqayıt şəhər sakinləri – 2003-cü il təvəllüdlü Zəhra Əlizamin qızı Qafarova, 2012-ci il təvəllüdlü Samir Seymur oğlu Qafarov və 2025-ci il təvəllüdlü Məryəm Əmir qızı Məmmədovadır.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda ailə DƏHŞƏTLİ QƏZAYA düşdü: İçində bir yaşlı körpənin də olduğu maşın 50 metr hündürlükdən AŞDI - DETALLAR - FOTO

Azərbaycanda ailə DƏHŞƏTLİ QƏZAYA düşdü: İçində bir yaşlı körpənin də olduğu maşın 50 metr hündürlükdən AŞDI - DETALLAR - FOTO

 

👁 44 baxış