ANS-TV nin 29 Gün Gündəmdə Saxladığı ƏSİR Elməddin Abıyev necə XİLAS olub. Tanınmış jurnalist Rəhman Məlikli 29 gün erməni əsirliyində olmazın işgəncələrinə məruz qalan Cəlilabad sakini Elməddin Abıyevin əsirlik həyatından bəhs edən müsahibə hazırlayıb.
Mecra.az xəbər verir ki, bu videoda sizə təmas xəttində baş vermiş unudulmaz və qəhrəmanlıq dolu bir hadisədən danışacağıq. Azərbaycan Ordusunun mərd əsgəri Elməddin Abıyev atəşkəs dövründə, ağır duman şəraitində istiqamətini itirmiş 2 hərbiçi yoldaşını xilas etmək üçün həyatını riskə ataraq təmas xəttini keçib və düşmənin bir addımlığına qədər irəliləyib.Elməddin öz yoldaşlarını taparaq onları geri dönməyə inandırsa da, özü geri qayıtmaq şansı tapmayıb.
Elə həmin anda düşmən tərəfindən açılan atəş nəticəsində yaralanaraq erməni hərbçiləri tərəfindən əsir götürülüb. Tam 29 gün ərzində erməni əsirliyində qalan Elməddin üçün Azərbaycan dövləti böyük səylər göstərib. ANS TV o dövrdə hər gün onunla bağlı məlumat yayaraq xalqı bu məsələ ilə bağlı məlumatlandırıb və cəmiyyətin diqqətini bu hadisəyə yönəldib.Nəhayət, dövlətimizin təşəbbüsləri nəticəsində Elməddin 29-cu gün azad olunaraq vətənə geri gətirilib. Onun bu cəsur addımı və mübarizəsi, döyüş yoldaşlarına və bütün xalqa əsl qəhrəmanlıq nümunəsidir. Bu videoda sizə bu dramatik və duyğusal hekayəni həm canlı şahidlərin dili ilə, həm də sənədli görüntülərlə təqdim edirik. Videonu paylaşaraq bu cəsur əsgərimizin adını daha çox insana tanıdaq.
👁 78 baxış
