Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon ərazisində qəzalı vəziyyətdə olan, istismar müddətini başa vurmuş elektrik dirəklərinin və kabellərin yeniləri ilə əvəz olunması məsələsi ilə bağlı iclas keçirilib.
Mecra.az xəbər verir ki, iclasda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elgün Məmmədov, Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Fərid Nəcəfov, aidiyyəti idarə, təşkilat rəhbərləri, rayonun şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
İclasda rayon ərazisində qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yerləşdiyi yaşayış məntəqələri üzrə məlumatlar, köhnə dirəklərin sökülməsi və yeni dirəklərlə əvəz olunması, işlərin icra qrafiki, maliyyə təminatı və texniki imkanlar müzakirə olunub. Görüləcək işlərin hər bir ərazi üzrə əlaqələndirilməsi, məsul şəxslərin müəyyənləşdirilməsi və elektrik təsərrüfatının daha təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qeyd olunub ki, əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, eləcə də təhlükəsizlik baxımından istismar müddətini başa vurmuş elektrik qurğularının mərhələli şəkildə yenilənməsi istiqamətində tədbirlər davam etdiriləcək.







👁 43 baxış
