Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr

XƏBƏR XƏTTİ
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Prezident bir qrup media nümayəndəsini təltif etdi – Siyahı•Qorxmaz Hüseynovun dövründəki – Milyonluq mənimsəmələr üzə çıxdı•Ukraynada “Call Center”lərə himayədarlıq edən generallar saxlanıldı – VİDEO•Şəhid ailələri və müharibə əlillərinə – 600 mənzil alınacaq•Leysan, dolu, qar – Sabahın havası•DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı•Polad Həşimovun anasının vəziyyəti açıqlandı•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Prezident bir qrup media nümayəndəsini təltif etdi – Siyahı•Qorxmaz Hüseynovun dövründəki – Milyonluq mənimsəmələr üzə çıxdı•Ukraynada “Call Center”lərə himayədarlıq edən generallar saxlanıldı – VİDEO•Şəhid ailələri və müharibə əlillərinə – 600 mənzil alınacaq•Leysan, dolu, qar – Sabahın havası•DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı•Polad Həşimovun anasının vəziyyəti açıqlandı•

“Sağlam həyat tərzi prinsiplərinə riayət etmək, zərərli vərdişlərdən uzaq durmaq, mütəmadi fiziki aktivliklə məşğul olmaq və profilaktik müayinələrdən keçmək onkoloji xəstəliklərin yaranma riskini əhəmiyyətli dərəcədə azalda bilər”.

Oxu.Az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiyanın Səhiyyə Nazirliyinin baş onkoloqu, akademik Andrey Kaprin deyib.

Mütəxəssisin sözlərinə görə, xərçəngin yaranma riskini tamamilə aradan qaldırmaq mümkün olmasa da, kompleks profilaktik tədbirlər bu ehtimalı əhəmiyyətli dərəcədə azaltmağa kömək edir.

Bu tədbirlərə bədən çəkisini normal səviyyədə saxlamaq, müntəzəm idmanla məşğul olmaq, siqaret və digər zərərli vərdişlərdən imtina etmək, eləcə də vaxtaşırı tibbi müayinələrdən keçmək daxildir.

Akademik bildirib ki, onkoloji xəstəliklərin erkən aşkarlanması üçün 18-39 yaş arası şəxslər üç ildə bir dəfə, 40 yaşdan yuxarı şəxslər isə hər il profilaktik müayinədən keçməlidirlər.

“Ən əsası odur ki, simptomların yaranmasını gözləməyəsiniz. Bir çox bədxassəli şiş ilkin mərhələdə heç bir əlamət vermir. Məhz buna görə də mütəmadi profilaktik müayinələr xəstəliyin müalicəyə ən yaxşı cavab verdiyi dövrdə aşkarlanmasına imkan yaradır”, – deyə həkim bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt