Cəlilabad bələdiyyəsi tarixi abidəni mühafizəyə götürdü – FOTOLAR

XƏBƏR XƏTTİ
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Prezident bir qrup media nümayəndəsini təltif etdi – Siyahı•Qorxmaz Hüseynovun dövründəki – Milyonluq mənimsəmələr üzə çıxdı•Ukraynada “Call Center”lərə himayədarlıq edən generallar saxlanıldı – VİDEO•Şəhid ailələri və müharibə əlillərinə – 600 mənzil alınacaq•Leysan, dolu, qar – Sabahın havası•DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı•Polad Həşimovun anasının vəziyyəti açıqlandı•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Prezident bir qrup media nümayəndəsini təltif etdi – Siyahı•Qorxmaz Hüseynovun dövründəki – Milyonluq mənimsəmələr üzə çıxdı•Ukraynada “Call Center”lərə himayədarlıq edən generallar saxlanıldı – VİDEO•Şəhid ailələri və müharibə əlillərinə – 600 mənzil alınacaq•Leysan, dolu, qar – Sabahın havası•DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı•Polad Həşimovun anasının vəziyyəti açıqlandı•

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Cəlilabad bələdiyyəsi tərəfindən Cəlilabad şəhərində yerləşən “Nar Bağı” adlanan ərazidə parkın salınması zamanı qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb. Tapıntılar barədə dərhal aidiyyəti qurumlara məlumat verilib və onların iştirakı ilə əraziyə baxış keçirilib.

Mecra.az xəbər verir ki, hazırda ərazidə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun “Muğan” ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə arxeoloji qazıntı işləri aparılır.

Tarixi irsin qorunması məqsədilə Cəlilabad bələdiyyəsi tərəfindən ərazi dərhal mühafizəyə götürülüb. Abidənin yerləşdiyi sahə metal torla əhatəyə alınıb, videomüşahidə kamerası quraşdırılıb və ərazidə 24 saat mühafizə təşkil edilib.

Tarixi-mədəni irsimizin qorunması hər birimizin ümumi məsuliyyətidir. Bu baxımdan bütün sakinlərdən abidəyə həssas yanaşmaları, mühafizə tədbirlərinə dəstək göstərmələri və tarixi irsimizin gələcək nəsillərə sağlam şəkildə çatdırılması naminə məsuliyyətli davranmaları xahiş olunur.

Tariximizi qoruyaq, keçmişimizə sahib çıxaq!

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt