Təbiət qoynunda istirahət edənlərin diqqətinə – Nazirlik XƏBƏRDARLIQ yaydı

XƏBƏR XƏTTİ
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Prezident bir qrup media nümayəndəsini təltif etdi – Siyahı•Qorxmaz Hüseynovun dövründəki – Milyonluq mənimsəmələr üzə çıxdı•Ukraynada “Call Center”lərə himayədarlıq edən generallar saxlanıldı – VİDEO•Şəhid ailələri və müharibə əlillərinə – 600 mənzil alınacaq•Leysan, dolu, qar – Sabahın havası•DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı•Polad Həşimovun anasının vəziyyəti açıqlandı•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Prezident bir qrup media nümayəndəsini təltif etdi – Siyahı•Qorxmaz Hüseynovun dövründəki – Milyonluq mənimsəmələr üzə çıxdı•Ukraynada “Call Center”lərə himayədarlıq edən generallar saxlanıldı – VİDEO•Şəhid ailələri və müharibə əlillərinə – 600 mənzil alınacaq•Leysan, dolu, qar – Sabahın havası•DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı•Polad Həşimovun anasının vəziyyəti açıqlandı•

Yaxın günlərdə ölkə ərazisində isti, quraq və küləkli hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu hava şəraiti meşələrdə və digər təbiət ərazilərində yanğın riskini xeyli artırır.

Mecra.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.

Nazirlikdən bildirilib ki, meşə yanğınları ağac və bitki örtüyünün məhv olmasına, vəhşi heyvanların yaşayış mühitinin zədələnməsinə, torpağın münbit qatının sıradan çıxmasına və ekoloji tarazlığın pozulmasına səbəb olur. Yanğından zərər çəkmiş ekosistemlərin bərpası isə uzun illər tələb edir.

Yanğınların qarşısının alınması məqsədilə vətəndaşlardan meşələrdə və meşəətrafı ərazilərdə aşağıdakı qaydalara ciddi əməl etmələri xahiş olunur:

– Meşələrdə ocaq qalamamaq;

– Söndürülməmiş siqaret kötüklərini təbiətə atmamaq;

– Quru ot, kol-kos və məişət tullantılarını yandırmamaq;

– Yanğına səbəb ola biləcək şüşə və digər tullantıları ərazidə qoymamaq;

– Tüstü və ya yanğın əlaməti müşahidə etdikdə dərhal aidiyyəti qurumlara məlumat vermək.

“Unutmayaq ki, kiçik bir ehtiyatsızlıq geniş ərazilərin yanmasına, flora və faunanın məhvinə və təbiətə uzunmüddətli zərər vurulmasına səbəb ola bilər”, – deyə ETSN-in müraciətində vurğulanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları təbiət ərazilərində diqqətli olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt