Prezident həmkarının ad gününü təbrik etdi

XƏBƏR XƏTTİ
Qorxmaz Hüseynovun dövründəki – Milyonluq mənimsəmələr üzə çıxdı•Ukraynada “Call Center”lərə himayədarlıq edən generallar saxlanıldı – VİDEO•Şəhid ailələri və müharibə əlillərinə – 600 mənzil alınacaq•Leysan, dolu, qar – Sabahın havası•DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı•Polad Həşimovun anasının vəziyyəti açıqlandı•Şagirdlərin elektron yerdəyişməsi başlayır•“İdmandan kənar”: “Kəpənək kimi uç, arı kimi sanc” – Foto/Video•Qorxmaz Hüseynovun dövründəki – Milyonluq mənimsəmələr üzə çıxdı•Ukraynada “Call Center”lərə himayədarlıq edən generallar saxlanıldı – VİDEO•Şəhid ailələri və müharibə əlillərinə – 600 mənzil alınacaq•Leysan, dolu, qar – Sabahın havası•DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı•Polad Həşimovun anasının vəziyyəti açıqlandı•Şagirdlərin elektron yerdəyişməsi başlayır•“İdmandan kənar”: “Kəpənək kimi uç, arı kimi sanc” – Foto/Video•

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

Mecra.az xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Dövlət başçısı Şavkat Mirziyoyevi doğum günü münasibətilə ürəkdən təbrik edib, ona uzun ömür, cansağlığı, qardaş Özbəkistan xalqının xoşbəxt gələcəyi və firavanlığı naminə həyata keçirdiyi şərəfli ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər arzulayıb.

Prezident Şavkat Mirziyoyev səmimi təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək, öz növbəsində Azərbaycan xalqına firavanlıq və rifah arzulayıb.

Telefon söhbəti zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinin əhəmiyyətinə toxunulub, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

Dövlət başçıları, həmçinin gələcək təmaslar barədə razılıqlarını ifadə edərək, qarşılıqlı maraq doğuran məsələlərə və ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt