Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib.
Mecra.az xərbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı məlumat verib.
O bildirib ki, qəbul prosesinin ilk mərhələsində abituriyentlər iyulun 23-dən avqustun 10-dək portal.edu.az platformasında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçməlidirlər:
“Avqustun 5-dək ixtisas seçimi olacaq. Qəbulun nəticələri avqustun 14-15-də şəxsi kabinet və SMS vasitəsilə elan ediləcək. Qəbul olunan şəxslərin peşə təhsili müəssisələrində qeydiyyatı isə avqustun 16-25-də aparılacaq”.
İ.Bayramlı qeyd edib ki, 2020-ci ildən etibarən peşə təhsilinə qəbul olunanların sayı 90% artıb.
“2026/27-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 33 120 plan yeri ayrılıb. Ayrılmış plan yerlərinin 3000-i ilk peşə təhsili səviyyəsinə, 27 260-ı texniki peşə təhsili, 2 860-ı yüksək texniki peşə təhsilinə aiddir. Cari tədris ili üzrə 28 140 tələbənin qəbul olunması hədəflənir. Qəbul planının 74-nü (24 425 yer) dövlət sifarişli yerlər təşkil edir. Dövlət sifarişli plan yerlərinin sayı son 4 ildə 52% artıb. Qəbul planının 44%-i (14 580 yer) iqtisadiyyat, xidmət, imformasiya texnlogiyaları istiqamətini əhatə edir. Ən çox plan yeri ayrılan ixtisaslar arasında aşpaz, bərbər-vizajist-manikürçü, dərzi, elektrik montyoru, əməliyyatçı mühasib, elektrik, qaz qaynaqçısı, kompüterlərin təmiri və xidməti üzrə texnik, qrafik dizayner, avtomobillərin təmiri üzrə çilingəri və bitkiçilik mütəxəsssisi yer alır.
O, əlavə olaraq bildirib ki, bu ildən peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq. Bunlar geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru, çörək ustası ixtisaslarıdır (Qafqazinfo).
👁 45 baxış
