Fəal əməkdaşlıq üçün yaxşı imkanlar

Azərbaycan Respublikasının Prezidenti Prezident İlham Əliyev  2026-cı ilin  21 iyul tarixində Almaniya Federativ Respublikasına səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda  bu səfərin iki ölkə arasındakı əlaqələrə müsbət təkan verəcəyinə tam əmin olduğunu vurğulayıb.  Ölkəmizin rəhbəri görüşdə deyib ki, Azərbaycan Almaniya ilə əlaqələrin inkişafında maraqlıdır. Rəqəmlər də bundan xəbər verir. ölkələr arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb. Almaniya Azərbaycanın enerji resurslarının Avropaya nəqlində maraqlıdır

Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. Alman iş adamları tərəfindən Azərbaycanda iqtisadi islahatlarla bağlı böyük işlərin həyata keçirildiyinin etiraf edilməsi real vəziyyətə obyektiv qiymətin verilməsidir. Digər mühüm məqam ölkələrimizin təkcə ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların yaranmasının qeyd olunmasıdır.

Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Tərəflər uzunmüddətli və dostluq münasibətlərini tanıyırlar. Onlar qarşılıqlı etimada və müxtəlif sahələrdə maraqların üst-üstə düşməsinə əsaslanan ikitərəfli tərəfdaşlıq və əməkdaşlığı dərinləşdirməklə bağlı qarşılıqlı arzularını təsdiqləyirlər. Əminik ki, Almaniya ilə Azərbaycan arasındakı dərin tarixi dostluq hər iki ölkənin xalqlarının rifahı, sülh və əminamanlığı üçün əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bu səfərin çox müsbət nəticələri olacaqdır. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir.

Sadiq Şahbazov,

Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi və   

memarlıq-tikinti məsələləri  şöbəsi müdirinin müavini, Sosial iqtisadi

məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri

                                                                                                  

 

 

 

👁 5 baxış