“Bu məsuliyyətli peşəni seçən insanlar…” – Mirsəlim Təhməzov yazır

22 İyul – Milli Mətbuat Gününüz mübarək!

22 İyul Azərbaycan milli mətbuatının tarixində xüsusi əhəmiyyət daşıyan əlamətdar gündür. Bu tarix xalqımızın maariflənməsi, milli düşüncənin formalaşması, ictimai fikrin inkişafı və həqiqətin cəmiyyətə çatdırılması istiqamətində şərəfli yol keçmiş milli mətbuatımızın zəngin ənənələrini özündə ehtiva edir.

Mətbuat cəmiyyətin vicdanı, ictimai fikrin aynası və dövlətlə vətəndaş arasında etibarlı informasiya körpüsüdür. Bu məsuliyyətli peşəni seçən insanlar hər zaman operativliyi, obyektivliyi və peşəkarlığı əsas prinsip kimi qəbul edərək həqiqətin cəmiyyətə çatdırılması naminə böyük zəhmət sərf edirlər.

Güclü media cəmiyyətin inkişafına, sağlam ictimai mühitin formalaşmasına və milli dəyərlərin qorunmasına mühüm töhfə verir.

Bu əlamətdar gün münasibətilə media sahəsində çalışan bütün jurnalistləri, redaktorları, fotojurnalistləri, operatorları və informasiya məkanının inkişafına töhfə verən hər kəsi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, yeni peşə uğurları və daim həqiqətin keşiyində şərəflə dayanmağı arzulayıram.

Mirsəlim Təhməzov
Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon nümayəndəliyinin əməkdaşı

👁 57 baxış