“Uğurumun sirri günü planlı şəkildə bölməkdir…” – İmtahanda 400 bal toplayan Paşa – VİDEO

XƏBƏR XƏTTİ
Ukraynada “Call Center”lərə himayədarlıq edən generallar saxlanıldı – VİDEO•Şəhid ailələri və müharibə əlillərinə – 600 mənzil alınacaq•Leysan, dolu, qar – Sabahın havası•DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı•Polad Həşimovun anasının vəziyyəti açıqlandı•Şagirdlərin elektron yerdəyişməsi başlayır•“İdmandan kənar”: “Kəpənək kimi uç, arı kimi sanc” – Foto/Video•Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi – Təfərrüat•Ukraynada “Call Center”lərə himayədarlıq edən generallar saxlanıldı – VİDEO•Şəhid ailələri və müharibə əlillərinə – 600 mənzil alınacaq•Leysan, dolu, qar – Sabahın havası•DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı•Polad Həşimovun anasının vəziyyəti açıqlandı•Şagirdlərin elektron yerdəyişməsi başlayır•“İdmandan kənar”: “Kəpənək kimi uç, arı kimi sanc” – Foto/Video•Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi – Təfərrüat•

İkinci ixtisas qrupu üzrə imtahanda maksimum nəticə göstərərək 400 bal toplayan Paşa İsbəndiyarlı Baku TV-yə uğurunun sirrini bölüşüb.

O qeyd edib ki, yüksək nəticə əldə etmək üçün sadəcə çox dərs oxumaq kifayət deyil. Əsas məsələ vaxtı düzgün bölmək və dərslərə ardıcıl şəkildə hazırlaşmaqdır:

“Uğurumun sirri dərslərə düzgün vaxt ayırmaq, günü planlı şəkildə bölməkdir. Məktəbə, hazırlıq kurslarına və fərdi dərslərə vaxtı düzgün ayırmaq lazımdır. Məncə, əsas məsələ çox oxumaq deyil, sistemli şəkildə çalışmaqdır”.

Paşa İsbəndiyarlının sözlərinə görə, hazırlıq dövründə sosial həyatdan tamamilə uzaqlaşmaq da düzgün deyil:

“Dostlarla görüşməyə, telefondan və sosial mediadan istifadəyə də müəyyən qədər vaxt ayırmaq lazımdır. Sadəcə, bunlar dərslərə mane olmamalıdır”.

Abituriyent gün ərzində dərsə ayırdığı vaxtın dəyişkən olduğunu bildirib. O, bəzi günlər 5-6 saat, bəzi günlər isə 2-3 saat çalışdığını deyib:

“Hətta dərs oxumadığım günlər də olurdu. Bu, günə görə dəyişirdi. Mən özüm 400 bal yığmağı gözləmirdim, amma bu həyatda hər şey mümkündür”.

Paşa İsbəndiyarlı maliyyə ixtisasını seçdiyini və Bakı Ali Neft Məktəbində təhsil almağı arzuladığını bildirib. O, gələcəkdə təhsilini xaricdə davam etdirməyi planlaşdırır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt