4 rayonda fasilələrlə işıq kəsiləcək – Xəbərdarlıq

XƏBƏR XƏTTİ
22 min rüşvət alan bələdiyyə sədrinə hökm oxundu•Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub – FOTO•“İnsanın dəyərinin geyimi ilə deyil, biliyi ilə olduğu aşılamalıdırlar” – VİDEO•Şlyapalı kişi… – Meyxoş Abdullah yazır…•Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər – Siyahı•İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb•Bakıda genişmiqyaslı əməliyyat – 200-dən çox saxlanılan var•Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır – Tədbirlər görülür•22 min rüşvət alan bələdiyyə sədrinə hökm oxundu•Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub – FOTO•“İnsanın dəyərinin geyimi ilə deyil, biliyi ilə olduğu aşılamalıdırlar” – VİDEO•Şlyapalı kişi… – Meyxoş Abdullah yazır…•Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər – Siyahı•İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb•Bakıda genişmiqyaslı əməliyyat – 200-dən çox saxlanılan var•Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır – Tədbirlər görülür•

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yüksəldilməsi və artan tələbatın qarşılanması məqsədilə iyulun 9-da bir sıra ərazilərdə təmir-quraşdırma işləri aparılacaq.

Mecra.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq:

1. Yasamal rayonu: Saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə və İsmayıl Talıblı küçələrinin bir hissəsində;

2. Nizami rayonu: Saat 10:00-dan 14:00-dək Keşlə qəsəbəsi, Mətləb Ağayev və Mirzə Ələkbər Sabir küçələrinin bəzi ərazilərində;

3. Abşeron rayonu (Masazır qəsəbəsi): Saat 10:00-dan 16:00-dək Rafiq Dünyamalıyev küçəsinin 1-7-ci döngələrində;

4. Səbail rayonu: Saat 10:00-dan 13:00-dək Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində (burada mövcud 400 kVA-lıq transformator 630 kVA gücündə olan yenisi ilə əvəzlənəcək).

Qeyd olunan təmir-bərpa və yenidənqurma işləri başa çatdıqdan sonra abonentlər daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcəklər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt