Sabah bağçalara elektron qəbul başlayacaq

XƏBƏR XƏTTİ
22 min rüşvət alan bələdiyyə sədrinə hökm oxundu•Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub – FOTO•“İnsanın dəyərinin geyimi ilə deyil, biliyi ilə olduğu aşılamalıdırlar” – VİDEO•Şlyapalı kişi… – Meyxoş Abdullah yazır…•Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər – Siyahı•İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb•Bakıda genişmiqyaslı əməliyyat – 200-dən çox saxlanılan var•Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır – Tədbirlər görülür•22 min rüşvət alan bələdiyyə sədrinə hökm oxundu•Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub – FOTO•“İnsanın dəyərinin geyimi ilə deyil, biliyi ilə olduğu aşılamalıdırlar” – VİDEO•Şlyapalı kişi… – Meyxoş Abdullah yazır…•Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər – Siyahı•İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb•Bakıda genişmiqyaslı əməliyyat – 200-dən çox saxlanılan var•Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır – Tədbirlər görülür•

Sabah saat 11:00-dan etibarən regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə elektron növbələrin yaradılmasına başlanılır.

Mecra.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Belə ki, Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr isə 9 iyul 2026-cı il saat 11:00-dan aktiv olacaq.

Elektron qəbul 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün saat 11:00, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün saat 15:00-da başlayacaq.

Qeyd edilib ki, bu il ilk dəfə olaraq qəbul prosesi myGov platforması üzərindən həyata keçiriləcək. Valideynlər (və ya qanuni nümayəndələr) qeyd olunan tarixlərdə myGov kabinetinə daxil olaraq “Xidmətlər” bölməsində Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” xidmətini seçməklə elektron müraciətlərini edə bilərlər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt